TÜRK DÜNYASI

Azərbaycan BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə xatırladıb ki …

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ölkənin BRİKS-ə (BRİCS) üzv olmaq üçün rəsmi müraciət etdiyini bildirib.

A.Hacızadə xatırladıb ki, 2024-cü ilin 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Dövlətləri Sammiti zamanı Azərbaycan və Çin arasında “Strateji tərəfdaşlığın yaradılması haqqında ortaq bəyannamə” qəbul edilib. Bəyannamədə Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi bildirilmiş və Çin bu istəyi müsbət qarşılamışdı.

Rusiya prezidenti Vladimir Putin avqustun 18-19 tarixlərində Bakıya rəsmi səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə birgə bəyannaməsində də Azərbaycanın BRİKS-də iştirakını dəstəkləyib.

Qeyd edək ki, 2006-cı ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çinin bir araya gəlməsilə qurulan BRİKS 2010-cu ildə Cənubi Afrika, 2024-cü ildə isə Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iştirakı ilə çoxmillətli təşkilat olaraq formalaşıb. 40-dan çox ölkə BRİKS-ə üzv olmaq üçün müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir