BƏLƏDİYYƏ

Yasamal bələdiyyəsində İctimai dinləmə keçirilib

Avqustun 24-də Yasamal bələdiyyəsi tərəfindən bələdiyyələri yaranmasının 25 illik yubileyi münasibətilə bələdiyyə üzvləri və qulluqçularının, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının, o cümlədən yerli əhalinin iştirakı ilə ictimai dinləmə keçirilib.

İctimai dinləmədə həmçinin Ədliyyə Nazirliyinin, Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Bələdiyyələrin fəaliyyətinin təbliği ictimai birliyinin nümayəndələri də iştirak edib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan bələdiyyələrinin 25 illik inkişaf yolundan və Yasamal bələdiyyəsi tərəfindən görülən işlər barədə danışılıb.

Daha sonra Yasamal bələdiyyəsi tərəfindən görülən işlər barədə hazırlanmış qısametrajlı videoçarx nümayiş etdirilib.

Həmçinin tədbirdə iştirak edən şəhid ailələri Yasamal bələdiyyəsi tərəfindən görülən işləri yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Sonda yerli sakinlərin istək və təklifləri dinlənilib, səsləndirdikləri məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb.

https://belediyye.gov.az/news/xeb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir