TƏHSİL

Varşava Azərbaycan evində Polşanın tanınmış vəkili ilə görüş keçirilib

Polşa Azərbaycanlıları Şurası tərəfindən Polşanın ən qabaqcıl vəkillərindən biri olan cənab Andriy Dementiy ilə görüş keçirilmişdir. Bu görüş 26 iyulda Varşava Azərbaycan evində baş tutmuşdur. 3 saatlıq ödənişsiz konsultasiyadan 12 soydaşımız üzbəüz və 2 soydaşımız online şəkildə faydalanmışdır. Soydaşlarımızın bir neçə fərqli mövzuda hüquqi məsələlər ilə bağlı yaşadığı problemlər Vəkil tərəfindən individual yanaşma ilə dinlənilmiş, ayrı-ayrılıqda hər birinin məsələsi aydınlaşdırılmışdır. Görüş ərzində iştirakçıların hər biri öz məsələsi üzrə rus, ingilis və polyak dilində qaneedici cavablar almış və proseslərin davamı üçün vəkil ilə əlaqə yaratmışlar.

Nəzərinizə çatdırırıq ki, növbəti görüş təqribən 2 həftə sonraya planlaşdırılır. Görüşdə iştirak etmək və qeydiyyatdan keçmək üçün PAŞ-ın WhatsApp qrupuna qoşulmağı unutmayın. Görüş günü və saatı ilə bağlı tam dəqiq məlumatlar həmin qrupda paylaşılacaqdır.

image-453096772_921303903358332_5810829289417991687_n

WhatsApp qrupu qoşulma linki: https://chat.whatsapp.com/LakQ6d3e7InDGXzALCNSdj

Digər tədbir və görüşlərdən vaxtında xəbərdar olmaq üçün sosial şəbəkə hesablarından bizi izləyə bilərsiniz. Buyurun!

– Facebook: https://www.facebook.com/polishcouncilofazerbaijan/

– Instagram: https://www.instagram.com/polandazerbaijanis…

– Youtube: https://www.youtube.com/@polandazerbaijanicouncil

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir