“İnkişafa Doğru” İB-dən məktəblilərə dəstək
Mayın 31-də “İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə ictimai birliyinin və “Red Hearts” (Qırmızı Ürəklər) Fondunun üzvləri 11 saylı internat tipli inteqrasiya məktəbində 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təşkil olunan tədbirdə iştirak etmişlər. Tədbir çərçivəsində adıçəkilən təşkilatların birgə keçirdikləri “Ramazan Xeyriyyə Yarmarkası”dan (07.04.24) əldə olunan vəsaitlə məktəbdə məskunlaşmış uşaqlara zəruri ehtiyacları üzrə (müxtəlif növ gigiyenik vasitələr və geyimlər, başmaqlar və s.) məhsullar təqdim edilmişdir.